...

Azərbaycan Dövlət Aqrar Universitetinin bəzi ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər üçün nisbi bal məhdudiyyəti qoyulmayacaq

Cəmiyyət Materials 2 May 2014 15:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir İ.İsabalayeva/

Bu il Azərbaycan Dövlət Aqrar Universitetinin IV qrupa daxil olan ixtisaslarının müsabiqəsində iştirak etmək üçün abituriyentlərin fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti qoyulmayacaq.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, qəbul imtahanlarında iştirak üçün tələb olunan müsabiqə şərtlərinə əsasən, III ixtisas qrupunda müsabiqəyə ümumi balı 300-dən və hər bir fənn üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan, I, II və IV qruplarda isə ümumi balı 250-dən və hər bir fənn üzrə topladğı nisbi balı 10-dan az olmayan abituriyentlər müsabiqəyə buraxılırlar.

Ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılması üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti qoyulmur.

Dövlət sifarişi ilə qəbul aparılan yerlər üzrə müsabiqədə iştirak etmək üçün qoyulan tələblər imtahan nəticələri elan olunduqdan sonra TQDK tərəfindən müəyyən olunur.

Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimində ümumi balı 100-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

Qeyd edək ki, ötən illər ərzində imtahanda iştirak edən abituriyentlərin bilik səviyyəsi yüksək olmadığından müsabiqəyə buraxılma üçün tələb olunan ballar 50 bal endirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti