...

Mayın 10-da Bakıda hərəkətin məhdudlaşdırılacağı küçə və prospektlərin siyahısı açıqlandı

Cəmiyyət Materials 7 May 2014 15:04 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-cı ildönümü və Gül bayramı ilə əlaqədar Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Mayın 10-da Bakıda hərəkətin məhdudlaşdırılacağı küçə və prospektlərin siyahısı açıqlandı

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir İ.İzzət/

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-cı ildönümü və Gül bayramı ilə əlaqədar Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, ümumilli lider Heydər Əliyevin məzarını ziyarət edənlərin təhlükəsizliyini təmin etmək məqsədilə mayın 10-u saat səhər 8:00-dan başlayaraq tədbir qurtaranadək M.Müşfiq küçəsinin kəsişməsindən Parlament prospekti ilə Fəxri xiyaban istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq.

İdarə əhalidən tədbir iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədilə bu istiqamətlərdə şəxsi nəqliyyat vasitələrinin parklandırılmasının mümkünsüzlüyünü nəzərə alaraq, şəxsı nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələrini xahiş edir.

Əsədov, həmçinin bildirib ki, Heydər Əliyev Sarayının qarşısındakı parkda keçiriləcək Gül bayramı ilə bağlı mayın 10-da Şəmsi Bədəlbəyli küçəsinin Bülbül prospekti ilə kəsişməsindən Rəşid Behbudov küçəsinin kəsişməsinə qədər avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti