...

Bakıda daha bir yolda hərəkətə məhdudiyyət qoyulacaq

Cəmiyyət Materials 19 May 2014 10:05 (UTC +04:00)
Bu gün saat 22:00-dan etibarən Bakının Əhməd Rəcəbli küçəsində nəqliyyatın hərəkəti mərhələlərlə məhdudlaşdırılacaq.
Bakıda daha bir yolda hərəkətə məhdudiyyət qoyulacaq

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir İ.İzzət/

Bu gün saat 22:00-dan etibarən Bakının Əhməd Rəcəbli küçəsində nəqliyyatın hərəkəti mərhələlərlə məhdudlaşdırılacaq. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, mayın 19-u axşam saat 22:00-dan etibarən paytaxtın Əhməd Rəcəbli küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən Xəfər Xəndan küçəsi ilə kəsişməsinədək olan hissəsində yolun hərəkət hissəsinin üfüqi nişanlanması işləri aparılacaq. Bu səbəbdən yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Sürücülərə alternativ olaraq Aşıq Molla Cümə küçəsindən və Atatürk prospektindən istifadə etmələri tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti