...

Orta ixtisas təhsili müəssisələrinə sənəd verənlərdən 11483 abituriyent ərizəsini təsdiq etdirib

Cəmiyyət Materials 23 May 2014 11:19 (UTC +04:00)
Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə sənəd verənlərdən 11483 abituriyent mayın 23-ü saat 10:00-dək ərizəsini təsdiq etdirib.
Orta ixtisas təhsili müəssisələrinə sənəd verənlərdən 11483 abituriyent ərizəsini təsdiq etdirib

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir İ.İsabalayeva/

Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə sənəd verənlərdən 11483 abituriyent mayın 23-ü saat 10:00-dək ərizəsini təsdiq etdirib. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib.

TQDK sədri xatırladıb ki, 2014-cü il mayın 12-dən etibarən ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlan, qəbul haqqında elan, qəbul qaydaları, qəbul aparılan ixtisasların siyahısı, müsabiqə şərtləri və digər məlumatlar "Abituriyent" jurnalının 3-cü sayında dərc olunub.

Abituriyentlər göstərilən müddət ərzində TQDK-nın internet saytının müvafiq səhifəsində (www.eservices.tqdk.gov.az/erizetex) şəxsiyyət vəsiqəsinin seriyasını, nömrəsini və PİN kodunu daxil etməklə qeydiyyatdan keçir, iş nömrəsi və şifr əldə edirlər. Sonra iş nömrəsi və şifrdən istifadə etməklə "Abituriyentin elektron ərizəsi" formasına daxil olur, onu doldurur və təsdiqini təmin edirlər.

Ümumi orta təhsil (9 illik) səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində 2013-cü və 2014-cü illərdə bitirən abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən elektron ərizə səhifəsindəki müvafiq düyməni basmaqla özləri təsdiq edirlər.

Ümumi orta təhsil (9 illik) səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində 2013-cü ildən əvvəl və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər elektron ərizələrini tələb olunan sənədləri təqdim etməklə müvafiq SQK-larda təsdiq etdirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti