...

Bakıda Mənzil Kommunal İstismar Sahəsinin rəisi rüşvət alarkən tutulub

Cəmiyyət Materials 26 May 2014 17:54 (UTC +04:00)
Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəisi Bakıda cinayət başında yaxalanıb.
Bakıda Mənzil Kommunal İstismar Sahəsinin rəisi rüşvət alarkən tutulub

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir İ.İzzət/

Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəisi cinayət başında yaxalanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhər sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti üzrə təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilib.

Belə ki, Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 117 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Bəşir Bəşirov "Ekspress servis" MMC-nin direktoru Rövşən Muradovla əlbir olub Bakı şəhər sakininə məxsus mənzilin özəlləşdirilməsi üçün tələb olunan sənədlərin verilməsi müqabilində vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətlərə görə ondan qeyd edilən cəmiyyətin ofisində 2000 manat məbləğində rüşvət alarkən cinayət başında yaxalanıb. Baxış zamanı B.Bəşirovun üzərindən daha 2500 manat məbləğində pul aşkar edilərək götürülüb.

B.Bəşirov və R.Muradov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti