...

Azərbaycan sinoptiklərindən xəbərdarlıq (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 20 İyun 2014 13:19 (UTC +04:00)
Sinoptiklər Azərbaycanda güclü külək əsəcəyi, bəzi yerlərdə leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi ilə bağlı xəbərdarlıq edir.
Azərbaycan sinoptiklərindən xəbərdarlıq (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Sinoptiklər Azərbaycanda güclü külək əsəcəyi, bəzi yerlərdə leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi ilə bağlı xəbərdarlıq edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildiriblər ki, iyunun 21-də günortadan sonra Bakı və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsməyə başlayacaq.

Bakı və Abşeron yarımadasında iyunun 21-də hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək, səhər və axşam bəzi yerlərdə duman müşahidə ediləcək. Mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəzlənəcək.

Bakı və Abşeron yarımadasında iyunun 21-də havanın temperaturu gecə 19-24, gündüz 30-35 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində iyunun 21-də hava əsasən yağmursuz olacaq, qərb küləyi əsəcək, dağlıq və dağəətəyi rayonlarda külək güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 23-28 dərəcə isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, ölkə ərazisində iyunun 21-dən 22-nə keçən gecədən başlayaraq qərb, şimal-qərb küləyinin güclənəcəyi, iyunun 22-si gün ərzində, 23-ü axşamadək əsasən Kür vadisi rayonlarında və Abşeron yarımadasında daha güclü olacağı gözlənilir.

Gecə və axşam saatlarında şimşək çaxacağı, əsasən dağlıq və dağətəyi rayonlarda lokal leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı düşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti