...

Azərbaycanda gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqənin nəticələri bəlli oldu

Cəmiyyət Materials 25 İyun 2014 13:07 (UTC +04:00)
Azərbaycanda gənclər təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi məqsədi ilə 2014-cü ilin yanvar ayının 17-dən fevral ayının 17-dək Gənclər və İdman Nazirliyi tərəfindən elan olunan müsabiqənin nəticələri bəlli olub.
Azərbaycanda gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqənin nəticələri bəlli oldu

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanda gənclər təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi məqsədi ilə 2014-cü ilin yanvar ayının 17-dən fevral ayının 17-dək Gənclər və İdman Nazirliyi tərəfindən elan olunan müsabiqənin nəticələri bəlli olub.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müsabiqə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin təşəbbüslərinin artırılması, gənclər arasında informasiya texnologiyalarından faydalı istifadənin təbliği, gənclərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi, gənclərin beynəlxalq əməkdaşlığının və mübadiləsinin genişləndirilməsi, gənclər sahəsi üzrə qeyri-formal təhsil metodlarının tətbiq edilməsi, gənclərin intellektual inkişafının təmin edilməsi və yaradıcı gənclərlə iş, özəl sektorun gənclərlə bağlı korporativ sosial məsuliyyəti siyasətinin formalaşdırılmasında iştirak, gənclərin hüquqi maarifləndirilməsində iştirak, ətraf mühitin mühafizə olunmasında gənclərin təşəbbüslərinin artırılması istiqamətləri üzrə elan edilmişdi.

Müsabiəqyə 155 qeyri-hökumət təşkilatı öz layihələrini təqdim ediblər. 10 qeyri-hökumət təşkilatı gənclər təşkilatı olmadığından onların layihələri baxılmadan geri qaytarılıb. Ümumilikdə 145 gənclər təşkilatının layihəsi müsabiqənin qaydalarına uyğun olaraq ətraflı təhlil edilib və öyrənilib. Nəticədə 110 gənclər təşkilatının layihələrinin maliyyələşdirilməsinə qərar verilib. Layihələrin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 2 020 559 manat və 115 000 avro məbləğində maliyyə vəsaitinin ayrılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti