...

Allahşükür Paşazadə Türkiyənin Azərbaycandakı səfirini qəbul edib

Cəmiyyət Materials 25 İyun 2014 15:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir İlkin İzzət/

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmail Alpər Coşkunu qəbul edib.

QMİ-dən Trend-ə verilən məlumata görə, iyunun 25-də səfiri mübarək Ramazan ayının gəlişi münasibəti ilə təbrik edən Allahşükür Paşazadə oruc və namazlarının qəbulu üçün Allah-Təalaya dualar etdiyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti