...

Azərbaycan ilə İsrail arasında informasiya sahəsində əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə edilib

Cəmiyyət Materials 3 İyul 2014 15:57
İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz iyulun 3-də Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) olmuşdur. Görüşdə informasiya sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Azərbaycan ilə İsrail arasında informasiya sahəsində
əlaqələrin daha da genişləndirilməsi məsələləri
müzakirə edilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 3 iyul /Trend/

İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz iyulun 3-də Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) olmuşdur. Görüşdə informasiya sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.

AzərTAc-ın baş direktoru Aslan Aslanov ölkələrimiz və xalqlarımız arasında çoxəsrlik tarixə malik əlaqələrdən danışmış, son illərdə bu münasibətlərin inkişafında xəbər agentliklərinin rolunu vurğulamışdır.

AzərTAc-ın keçdiyi inkişaf yolu, müstəqillik illərində qazandığı uğurlar, dövlət siyasətinin informasiya təminatındakı rolu barədə ətraflı məlumat verən baş direktor Azərbaycan ilə İsrailin nüfuzlu beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırmışdır. Qonağa beynəlxalq aləmdə çox nüfuzlu iki media qurumunun - Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının və Dünya Xəbər Agentliklərinin V Konqresinin 2016-cı ildə eyni vaxtda Bakıda keçiriləcəyi və 2019-cu ilədək bu qurumlara AzərTAc-ın rəhbərlik edəcəyi barədə məlumat verilmişdir.

Azərbaycanda söz və mətbuat azadlığının təmini sahəsində görülən işlərdən danışan AzərTAc-ın baş direktoru son illərdə ölkəmizin regionlarında da informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdiyini, əhalinin 70 faizindən çoxunun internet istifadəçisi olduğunu diqqətə çatdırmışdır.

Azərbaycanın sürətli inkişafından məmnunluq duyduğunu bildirən səfir R.Harpaz ölkəmizin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı neft-qaz və nəqliyyat layihələrinin əhəmiyyətindən danışmış, dövlətlərimiz arasında münasibətlərin sağlam məcrada davam etməsində milli xəbər agentliklərinin mühüm rol oynadığını söyləmişdir.

Zəngin tolerantlıq ənənələrinə sadiq qalan Azərbaycanda bütün xalqların nümayəndələrinin, o cümlədən yəhudilərin əmin-amanlıq şəraitində yaşadığını xüsusi vurğulayan səfir bu modelin dünya ölkələri üçün uğurlu örnək olduğunu demişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir İsrailin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, problemin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə tərəfdar olduğunu söyləmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti