...

Bakının Həsən Əliyev küçəsində mərhələlərlə aparılan yenidənma işləri başa çatdı

Cəmiyyət Materials 8 İyul 2014 17:46 (UTC +04:00)
Bakının Həsən Əliyev küçəsi (keçmiş İnqilab küçəsi) boyu mərhələlərlə aparılan yenidənma işləri bu gün tamamilə bitəcək və yol bütöv şəkildə istifadəyə veriləcək.
Bakının Həsən Əliyev küçəsində mərhələlərlə aparılan yenidənma işləri başa çatdı

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir İlkin İzzət/

Bakının Həsən Əliyev küçəsi (keçmiş İnqilab küçəsi) boyu mərhələlərlə aparılan yenidənma işləri bu gün tamamilə bitəcək və yol bütöv şəkildə istifadəyə veriləcək. Bunu Trend-ə Azərbaycan Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, iyulun 2-si axşam saat 23:00-dan etibarən bağlanan Həsən Əliyev küçəsinin Azər Əliyev küçəsi ilə kəsişməsindən Tbilisi prospekti ilə kəsişməsindək olan son hissəsində də aparılan yenidənqurma işləri bu gün yekunlaşacaq.

P.Mürsəliyev qeyd edib ki, artıq ərazidə son tamamlanma, yəni xətlənmə işləri gedir və yol bir neçə saatdan sonra tam istifadəyə veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti