...

Ötən həftə Azərbaycanda suda boğulanların sayı 12 nəfərə çatıb

Cəmiyyət Materials 21 İyul 2014 13:57 (UTC +04:00)
Həftəsonu Azərbaycanda 4 nəfər suda boğularaq ölüb.
Ötən həftə Azərbaycanda suda boğulanların sayı 12 nəfərə çatıb

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir İlkin İzzət/

Həftəsonu Azərbaycanda 4 nəfər suda boğularaq ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, şənbə günü, iyulun 19-da Salyan rayonu Paçaxalac kəndinin ərazisində kənd sakini Heydərağa Mirzəyev Kür çayında çimərkən, Lənkəran rayonu Havzava kəndinin ərazisində isə Veriəliabad kənd sakini Mirələm Rəhimov göldə çimərkən suda boğulublar.

Bazar günü, iyulun 20-də isə Bakı şəhər sakinləri İlqar Mustafayev Kürdəxanı çimərliyində, Təbriz Qəmbərzadə Xaçmaz rayonu Nabran qəsəbəsinin ərazisində dənizdə çimərkən boğulublar. Onların meytləri sudan çıxarılıb.

Xatırladaq ki, DİN-in məlumatına görə, suda boğulma ilə bağlı iyulun 14-də və 17-də Azərbaycanda 8 nəfərin ölüm faktı qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətindən (DSXX) Trend-ə verilən məlumata görə isə, bu il iyulun 14-dək ölkədə qeyri-çimərlik ərazilərində 18 nəfərin suda boğulması faktı baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti