...

Silahlı Qüvvələrin Baş Qərargahı üçün yeni inzibati binanın təməli qoyulub (FOTO)

Cəmiyyət Materials 26 İyul 2014 17:28 (UTC +04:00)
Bu gün Müdafiə Nazirliyinin ərazisində Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargahı üçün inşa edilən yeni və müasir tipli inzibati binanın təməlqoyma mərasimi keçirilib.
Silahlı Qüvvələrin Baş Qərargahı üçün yeni inzibati binanın təməli qoyulub (FOTO)

Azərbaycan, Bakı, 26 iyul /Trend/

Bu gün Müdafiə Nazirliyinin ərazisində Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargahı üçün inşa edilən yeni və müasir tipli inzibati binanın təməlqoyma mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti iştirak edib.

Müdafiə naziri təməlqoyma mərasimində çıxış edərək Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu quruculuğuna göstərdiyi yüksək diqqət və qayğının nəticəsi olaraq son vaxtlar ordunun maddi-texniki bazasının möhkəmləndirilməsini, hərbi qulluqçular üçün paytaxt Bakıda və ölkənin digər bölgələrində müasir xidməti mənzillərin, hərbi hissələrdə yeni əsgər kazarmalarının və digər məişət obyektlərinin tikilərək istifadəyə verilməsini xüsusi vurğulayıb.

Z.Həsənov Baş Qərargahın yeni inzibati binasının qısa bir vaxtda və keyfiyyətlə tikilməsi üçün şirkət rəhbərliyinə tövsiyələrini bildirib.

Sonra metal giliz bünövrəyə buraxılıb və binanın özülünə beton qarışığı tökülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti