...

Təhsil Nazirliyinin təlimlərində iştirak etmiş 14 nəfər məktəblərə direktor təyin edildi

Cəmiyyət Materials 18 Avqust 2014 17:03 (UTC +04:00)
Təhsil Nazirliyinin direktor olmaq istəyənlər üçün keçirdiyi təlimləri uğurla başa vuran 14 nəfər Bakı şəhərindəki məktəblərə direktor təyinatı alıb.
Təhsil Nazirliyinin təlimlərində iştirak etmiş 14 nəfər məktəblərə direktor təyin edildi

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir İlhamə İsabalayeva/

Təhsil Nazirliyinin direktor olmaq istəyənlər üçün keçirdiyi təlimləri uğurla başa vuran 14 nəfər Bakı şəhərindəki məktəblərə direktor təyinatı alıb.

Bakı Şəhəri Üzrə Təhsil Idarəsindən Trend-ə verilən məlumata görə, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" uyğun olaraq, Təhsil Nazirliyi ötən ilin noyabr ayında məktəb direktorlarının səriştəliliyinin və idarəetmə bacarıqlarının artırılması təlimlərinə başlayıb. Təlimlərdə məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan şəxslər iştirak edib. Təlimlərin keçirilməsində əsas məqsəd müasir idarəetmə bilik və bacarığına, strateji düşüncə tərzinə malik, zəruri pedaqoji və psixoloji bilikləri olan məktəb direktorları yetişdirməkdir.

Təlimlər zamanı təhsildə keyfiyyətin idarəedilməsi, təhsilin hüquqi və peşə etikası, kompüter və təlim texnologiyaları, təhsildə statistika və təhlil, təhsildə liderlik və təşkilatçılıq, psixologiya və fərdi inkişaf, kurikulumun nəzəriyyəsi və tətbiqi, təhsildə maliyyənin idarəolunması, məktəb icması və ictimaiyyətlə münasibətlərin təşkili mövzuları tədris olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti