...

Naxçıvan Daxili İşlər Nazirliyi jurnalistin döyülməsi məsələsinə aydnlıq gətirdi

Cəmiyyət Materials 23 Avqust 2014 16:41
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan şəhər sakini İlqar Nəsibovun Naxçıvanda “Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzi” İctimai Birliyinin ofisində döyülməsi barədə bəzi kütləvi informasiya vasitələrində yayılmış xəbərlərlə aydınlıq gətirib.
Naxçıvan Daxili İşlər Nazirliyi jurnalistin döyülməsi məsələsinə aydnlıq gətirdi

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan şəhər sakini İlqar Nəsibovun Naxçıvanda "Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzi" İctimai Birliyinin ofisində döyülməsi barədə bəzi kütləvi informasiya vasitələrində yayılmış xəbərlərlə aydınlıq gətirib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, baş vermiş hadisə ilə bağlı daxil olmuş məlumat əsasında Naxçıvan şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılıb.

Araşdırma zamanı müəyyən edilib ki, heç də ictimai birliyin ofisinə hücum edilməyib, hadisə yalnız məişət zəminində baş vermiş davadan ibarət olub.

Məlum olub ki, ictimai birliyin həmtəsisçisi olan İlqar Nəsibov uzun müddətdən bəri yaxın dostluq münasibətləri saxladığı Vətəndaş Həmrəyliyi Partiyası Naxçıvan Muxtar Respublikası təşkilatının sədri olmuş, Naxçıvan şəhər sakini Fərid Əsgərovla birlikdə ictimai birliyin ofisində vaxtaşırı görüşərək orada içki məclisləri qurmuşlar.

21 avqust 2014-cü il tarixdə axşam saatlarında hər iki şəxs qeyd olunan ünvanda yenə də içki məclisi qurmuş, orada spirtli içki qəbul etmişlər. Həmin vaxt spirtli içkinin təsiri altında olan İlqar Nəsibov və Fərid Əsgərov arasında yaranmış mübahisə sonda əlbəyaxa davaya çevrilmişdir.

Fərid Əsgərov öz izahatında bildirib ki, onlar arasındakı davaya səbəb onun ailə üzvləri haqqında İlqar Nəsibovun işlətdiyi nalayiq və təhqiramiz ifadələr olub.

Hər iki şəxs əlbəyaxa dava zamanı bir-birinə bədən xəsarətləri yetiriblər.

Hazırda Naxçıvan şəhər sakini Fərid Əsgərov polis tərəfindən saxlanılıb. Faktla bağlı inzibati araşdırma tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti