...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi daha bir nüfuzlu beynəlxalq təşkilatla əməkdaşlığa başlayır

Cəmiyyət Materials 29 Avqust 2014 15:53 (UTC +04:00)
Bu gün Brüsseldə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Qadın Parlamentarilər Qlobal Forumunun rəhbərliyi arasında görüş keçirilib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi daha bir nüfuzlu beynəlxalq təşkilatla əməkdaşlığa başlayır

Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir Səbinə Əhmədova/

Bu gün Brüsseldə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Qadın Parlamentarilər Qlobal Forumunun rəhbərliyi arasında görüş keçirilib. Görüşdə birgə əməkdaşlıq, 2015-ci ildə Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumunun təşkilində və işində iştirak məsələləri müzakirə olunub, növbəti Forumda qadın təşkilatının böyük bir nümayəndə heyəti ilə iştirakı qərara alınıb.

Bu barədə Trend-ə Dövlət Komitəsindən məlumat verilib.

Hazırda Almaniya Bundestaqının üzvü Silvana Koç Mehrinin rəhbərlik etdiyi Qadın Parlamentarilər Qlobal Forumu dünyanın ən nüfuzlu qadın təşkilatlarından biridir. Ətrafında 6 mindən çox qadın siyasətçini birləşdirən təşkilatın üzvləri arasında Hillari Klinton, BMT baş katibinin müşavirləri, Bəhreyn Kralının bacısı və digər nüfuzlu xanım siyasətçilər var.

Qeyd edək ki, III Qlobal Müştərək Cəmiyyətlər Forumu gələn il Avropada təhlükəsizlik və əməkdaşlıq haqqında zirvə aktı olan Helsinki aktının imzalanmasının 40 illiyi ərəfəsində keçiriləcək. Bir çox beynəlxalq təşkilatların xüsusi maraq göstərdiyi Forumda 450 yaxın xarici qonağın iştirakı nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti