...

Polis orqanlarında çalışmaq istəyənlərin nəzərinə

Cəmiyyət Materials 25 Noyabr 2014 12:37 (UTC +04:00)
Qəbula gələn şəxslər Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Polis orqanlarında çalışmaq istəyənlərin nəzərinə

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir İlkin İzzət/

Polisin sıravi və kiçik rəis heyəti vəzifələrində və Daxili Qoşunların müddətdən artıq hərbi xidmətində işləmək arzusunda olan, yaşı 20 ilə 30 arasında, boyu 180 santimetr və yuxarı, idman cüssəli, həqiqi hərbi xidmət keçmiş, əvvəllər məhkum olunmamış, tam orta təhsilli Sumqayıt, Abşeron, Qobustan, Qubadlı və Zəngilan rayon sakinləri 29 noyabr 2014-cü il tarixdə saat 12.00-da Sumqayıt Şəhər Polis İdarəsində Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən qəbul ediləcəklər. Bu barədə Trend DİN-in mətbuat xidmətinə istinadən məlumat verir.

Qəbula gələn şəxslər Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti