...

Lütfi Zadə: "Azərbaycanın gələcəyi ilə bağlı optimistəm"

Cəmiyyət Materials 19 Dekabr 2014 13:44 (UTC +04:00)
“Bakıda çoxsaylı dostlarım və Azərbaycanın bacarıqlı rəhbərliyi var. Azərbaycan şanslıdır ki, rəhbərliyindəki şəxslər ağıllı və təşəbbüskardır”.
Lütfi Zadə: "Azərbaycanın gələcəyi ilə bağlı optimistəm"

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir İlkin İzzət/

"Bakıda çoxsaylı dostlarım və Azərbaycanın bacarıqlı rəhbərliyi var. Azərbaycan şanslıdır ki, rəhbərliyindəki şəxslər ağıllı və təşəbbüskardır". Trend xəbər verir ki, bunu ABŞ-da yaşayan dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə Azərbaycan Alimlərinin I Qurultayının iştirakçılarına videomüraciətində deyib.

Onun fikrincə, əsas məsələ rəqabətqabiliyyətliliyin artırılmasıdır: "Azərbaycanın gələcəyi ilə bağlı optimistəm. Azərbaycan və Azərbaycanın insanları həmişə qəlbimdə olacaqlar".

Dünya şöhrətli alim qeyd edib ki, regionda qeyri-sabitlik Azərbaycana təsir etməyib: "Azərbaycanın uzaqgörən rəhbərliyi, neft-qaz kimi ehtiyatı var. Bu sərvətlər Azərbaycanın çoxlu təşəbbüs irəli sürməsinə imkan verir. Kosmosa çıxış, "Eurovision" və digər təşəbbüslər Azərbaycanı dünya miqyasında tanıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti