...

Azərbaycanda bağça və orta məktəb müəllimləri sertifikasiyadan keçəcəklər

Cəmiyyət Materials 20 Yanvar 2015 12:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda məktəbəqədər və ümumi təhsil müəssisələrinin pedaqoji və idarəetmə heyəti sertifikatlaşdırılmadan keçəcək. Trend-in məlumatına görə, bu, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiqlənən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı"nda nəzərdə tutulub.

Yeni sənədə əsasən, 2015-2016-cı illərdə Təhsil Nazirliyi məktəbəqədər və ümumi təhsil üzrə pedaqoji və idarəetmə heyətinin sertifikatlaşdırılması mexanizmini hazırlayacaq. Bu mexanizm 2016-cı ildən başlayaraq tətbiq ediləcək.

2016-cı ildə Təhsil Nazirliyi təhsil müəssisələrinin reytinq sistemini yaradacaq. 2017-ci ildə nazirlik təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması ilə bağlı təhsil pillələri üzrə dövlət proqramları hazırlayaraq hökumətə təqdim edəcək.

2018-2025-ci illərdə Təhsil Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması ilə bağlı təhsil pillələri üzrə dövlət proqramlarını həyata keçirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti