...

"Best of the Best" promoşn qrupunun prezidenti "Zəfər" mükafatına layiq görülüb

Cəmiyyət Materials 5 Fevral 2015 15:59 (UTC +04:00)

"Best of the Best" promoşn qrupunun prezidenti, K-1 brendinin Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi Elnur Məmmədov "Zəfər" Yüksək İdman Nailiyyətləri Mükafatına layiq görülüb.

Gənclər və İdman Nazirliyi, "Sportsman" jurnalının təşkilatçılığı ilə keçirilən mərasimdə E.Məmmədova mükafatı gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov təqdim edib. "Best of the Best" promoşn qrupunun prezidenti "2014-cü ildə idman aləmində Azərbaycanın təbliğinə görə" nominasiyasının qalibi olub.

Qeyd edək ki, E.Məmmədovun rəhbəri olduğu "Best of the Best" promoşn qrupu ötən il Bakıda K-1 üzrə nüfuzlu "World Max" turnirini keçirib. Yarışda Buakav Bençamek və digər məşhur idmançılar iştirak ediblər. "World Max" turnirinin görüşləri televiziya vasitəsilə 178 ölkədə göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti