...

Azərbaycanda müsahibə və müsabiqə yolu ilə 5 minə yaxın şəxs dövlət qulluqçusu ola bilib

Cəmiyyət Materials 27 Fevral 2015 11:24 (UTC +04:00)
Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya “Komissiyanın 2014-cü il üzrə fəaliyyəti və dövlət orqanlarında etik davranış qaydalarına əməl edilməsi vəziyyəti barədə illik hesabat” mövzusunda dəyirmi masa təşkil edib.
Azərbaycanda müsahibə və müsabiqə yolu ilə 5 minə yaxın şəxs dövlət qulluqçusu ola bilib

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir İlkin İzzət/

Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya "Komissiyanın 2014-cü il üzrə fəaliyyəti və dövlət orqanlarında etik davranış qaydalarına əməl edilməsi vəziyyəti barədə illik hesabat" mövzusunda dəyirmi masa təşkil edib.

Trend xəbər verir ki, tədbiri giriş sözü ilə Komissiyanın sədr müavini Vəfadar Misirov bildirib ki, Komissiyanın yarandığı müddətdən bu günədək keçirdiyi müsabiqə və müsahibələr nəticəsində ümumilikdə 4 min 786 nəfər vakant dövlət qulluğu vəzifəsinə təyin olunub.

Komissiyanın İnsan resurslarının idarə edilməsi və dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Afaq Hüseyn 2007-2014-cü il ərzində Komissiya tərəfindən dövlət qulluğuna qəbulla bağlı keçirilən müsabiqə və müsahibələrə ümumilikdə 153 dövlət orqanı üzrə 13 min 387 vakant dövlət qulluğu vəzifəsinin çıxarıldığını, bu müsabiqə və müsahibələrdə 58 min 527 namizəd iştirak etdiyini deyib. Onlardan 5 min 485 nəfəri vakant vəzifələrə uyğun hesab edilib, 4 min 786 nəfər isə müvafiq vəzifələrə təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti