...

DİN-in nümayəndələri qaçqın və məcburi köçkünlərlə görüşüblər

Cəmiyyət Materials 19 Mart 2015 16:36 (UTC +04:00)
Daxili işlər orqanları əməkdaşlarının könüllülük prinsipi əsasında topladıqları vəsaitin 40 min manatı Sabirabadda, qalan 24 min manatı isə Goranboyun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmış soydaşlarımıza təqdim olunub.
DİN-in nümayəndələri qaçqın və məcburi köçkünlərlə görüşüblər

Azərbaycan, Bakı, 19 mart /Trend/

Bütün bayramlarda olduğu kimi, Novruz ərəfəsində - martın 18-də daxili işlər nazirinin müavini, polis general-mayoru İsmət Əliyevin başçılığı ilə Daxili İşlər Nazirliyinin (DİN) nümayəndələri Sabirabad rayonunda və Goranboyun Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşüblər.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir müavini qarşıdan gələn əlamətdar bayram münasibətilə respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun təbriklərini və xoş arzularını doğma yurd yerlərindən didərgin düşmüş həmvətənlərimizə çatdıraraq bu kateqoriyadan olan soydaşlarımızla sıx təmasların qurulmasının, onların qayğı və problemlərinə hər zaman diqqətlə yanaşılmasının əsasının hələ ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladıb.

Ümummilli liderimizin daxili və xarici siyasətini möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayan nazir müavini ölkə başçımıızın qaçqın və məcburi köçkünlərin problemlərinə həssaslıqla yanaşmağı bütün dövlət qurumlarının rəhbərlərindən tələb etdiyini diqqətə çatdırıb, sosial müdafiəyə ehtiyacı olan bu insanların həyat şəraitinin daha da yaxşılaşdırılması üçün görülən tədbirlərdən, dövlət və ordu quruculuğu, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində əldə olunmuş uğurlardan danışıb.

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov və Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısından söz açıb, bu yöndə adı çəkilən rayonlarda məskunlaşmış həmvətənlərimizin ehtiyaclarının ödənilməsinə və problemlərinin həllinə hər zaman xüsusi diqqət və həssaslıqla yanaşdığına görə dövlətimizin başçısına və nazirliyin rəhbərliyinə təşəkkür ediblər.

Qaçqın və məcburi köçkünlər adından çıxış edənlər möhtərəm Prezidentimizin apardığı siyasət nəticəsində doğma torpaqlarına qayıdacaqlarına əminliklərini bildirərək, göstərilən daimi diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Daxili işlər orqanları əməkdaşlarının könüllülük prinsipi əsasında topladıqları vəsaitin 40 min manatı Sabirabadda, qalan 24 min manatı isə Goranboyun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmış soydaşlarımıza təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti