...

TQDK növbəti mərhələyə başladı

Cəmiyyət Materials 1 Aprel 2015 10:30 (UTC +04:00)
"2014/2015-ci tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların "Şagird-məzun" sisteminə daxil edilməsi və yekun qiymətləndirmənin aparılması ilə əlaqədar şəhər (rayon) təhsil şöbələri (təhsil idarələri) və təhsil müəssisələri tərəfindən yerinə yetiriləcək işlərin təqvim planı"nın növbəti mərhələsi başlayıb.
TQDK növbəti mərhələyə başladı

Azərbaycan, Bakı, 1 aprel/Trend, müxbir İlhamə İsabalayeva/

"2014/2015-ci tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların "Şagird-məzun" sisteminə daxil edilməsi və yekun qiymətləndirmənin aparılması ilə əlaqədar şəhər (rayon) təhsil şöbələri (təhsil idarələri) və təhsil müəssisələri tərəfindən yerinə yetiriləcək işlərin təqvim planı"nın növbəti mərhələsi başlayıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, 01.04.2015-15.04.2015-ci il aralığını əhatə edən bu mərhələ ümumtəhsil məktəblərində təhsil alan buraxılış sinif şagirdlərinin fərdi və təhsilə aid məlumatlarının, o cümlədən əvvəlki tədris ilinin illik qiymətlərinin sinif rəhbərləri tərəfindən yoxlanmasını, zəruri hallarda məlumatlara təhsil müəssisələrinin əlaqələndiriciləri tərəfindən müvafiq əlavə və düzəlişlərin edilməsini əhatə edir.

TQDK bildirir ki, ümumtəhsil məktəblərinin əlaqələndiriciləri "Şagird-məzun" sisteminə daxil edilməmiş məlumatların 15.04.2015-ci il tarixədək əlavə edilərək təsdiqlənməsini təmin etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti