...

Azərbaycan Asiya İnfrastruktur İnkişaf Bankının təsisçi üzvü kimi təsdiqlənib

Cəmiyyət Materials 15 Aprel 2015 15:16 (UTC +04:00)
Azərbaycan Respublikası Çin Xalq Respublikasının təşəbbüsü ilə yaradılan Asiya İnfrastruktur İnkişaf Bankının (AİİB) gələcək təsisçi üzvü kimi təsdiqlənib.
Azərbaycan Asiya İnfrastruktur İnkişaf Bankının təsisçi üzvü kimi təsdiqlənib

Azərbaycan, Bakı, 15 aprel /Trend/

Azərbaycan Respublikası Çin Xalq Respublikasının təşəbbüsü ilə yaradılan Asiya İnfrastruktur İnkişaf Bankının (AİİB) gələcək təsisçi üzvü kimi təsdiqlənib. Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən məlumat verib.

Asiya regionunun infrastruktur inkişafının artmaqda olan maliyyə ehtiyaclarının təmin edilməsi məqsədilə yaradılan AİİB-nin 27 aprel 2015-ci il tarixində Çinin paytaxtı Pekində keçiriləcək təsis müzakirələrində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndələri də iştirak edəcəklər.

Azərbaycan Respublikası 31 mart 2015-ci il tarixində Asiya İnfrastruktur İnkişaf Bankının təsisçi üzvü olmaq niyyətini rəsmi olaraq bəyan etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti