...

Bakıda "Glenfiddich" gecəsi keçirilib (FOTO)

Cəmiyyət Materials 29 Aprel 2015 16:32 (UTC +04:00)

Bakının "Alov Steakhouse & Jazz Bar" restoranında "William Grant & Sons" şirkəti tərəfindən "Glenfiddich" viski brendinə həsr olunmuş gecə təşkil olunub.

"Glenfiddich"in MDB ölkələrində brend səfiri olan Aleksandr İvçenko tədbir iştirakçılarına əsası Uilyam Qrant tərəfindən qoyulan və 1886-cı ildən etibarən Fidik çayının vadisində istehsal edilən "Glenfiddich" şotland viskisinin zəngin tarixindən məlumat verib. Aleksandr, həmçinin, sözügedən viskinin yaşlanma prosesindən, onun növ müxtəlifliyi və dad qammasından danışıb.

"Glenfiddich" viskisinin yaradıcısı alkoqollu içkilər üzrə mahir bilici sayılan Uilyam Qrantdır. 1886-cı ildə o, Şotlandiyada analoqu olmayan yeni şotland viskisi yaratmaq qərarına gəlir. Cəmi bir il ərzində U. Qrant yeni viski istehsalı üzrə zavod qurmuş və onu qal dilindən tərcümədə "Maral vadisi" mənası verən "Glenfiddich" adlandırmışdır ki, bu da viskinin istehsal olunduğu ərazinin ecazkar təbiəti ilə bağlıdır. Qeyd etmək lazımdır ki, "Glenfiddich" brendinin tarixini başlayan bu zavod hazırda da Qrant ailəsinin mülkündədir. Hazırki dövrdə bir çox növləri nüfuzlu beynəlxalq mükafatlara layiq görülmüş "Glenfiddich" viskisi dünyanın ən məşhur şotland viskilərindən biridir", - deyə A. İvçenko bildirib.

Aleksandr, həmçinin, vurğulayıb ki, viski və müxtəlif növ alkoqollu içkilərin istehsalı ilə məşğul olan "William Grant & Sons" müstəqil şotland ailə müəssisəsi 1886-cı ildə Uilyam Qrant tərəfindən təsis olunub və günümüzdə də dahi ustadın nəslinin nümayəndələri tərəfindən idarə olunur.

Bundan əlavə, "Glenfiddich" viskisinin brend səfiri brendin tarixi ilə bağlı maraqlı faktları qonaqlarla bölüşüb və tədbir iştirakçılarının suallarını cavablandırıb.

Tədbir çərçivəsində adıçəkilən viskinin dadma mərasimi və şam yeməyi təşkil olunub ki, burada tədbir iştirakçıları səmimi və rahat mühitdə "Glenfiddich" brendinin nümayəndələri ilə söhbət edib, həmçinin, 12, 15 və 18 illik "Glenfiddich" viskilərinin müxtəlif zərif yeməklərlə uyğunluğunu qiymətləndirə biliblər.

Qeyd edək ki, Azərbaycana səfəri çərçivəsində A. İvçenko Bakıda barmen, restoran biznesinin nümayəndələri üçün ustad dərsləri və distributorlar üçün treninq keçirib.

"William Grant & Sons" haqqında:

"William Grant & Sons Ltd" - şotland viskisi və digər tünd alkoqollu içkilər istehsal edən müstəqil şotland ailə müəssisəsidir. Azərbaycanda istehsalçı növbəti brendlərlə təmsil olunur: "Glenfiddich", "The Balvenie", "Tullamore D.E.W.", "Grant's". Azərbaycanda brendin rəsmi distributoru "Qafqaz Industry" şirkətidir. Əlavə məlumatı www.williamgrant.com internet səhifəsində əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti