...

Azərbaycanda bəzi ixtisaslar üzrə müsabiqəyə buraxılmaq üçün tələb olunan bal artırılır (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 10 May 2015 10:38 (UTC +04:00)
Bu il I ixtisas qrupunda Təhsil Nazirliyinin müəyyən etdiyi şərtlərə uyğun olaraq 6 ixtisas üzrə müsabiqəyə buraxılmaq üçün tələb olunan minimal bal 200 deyil, 250, bir ixtisasda isə 300 olacaq.
Azərbaycanda bəzi ixtisaslar üzrə müsabiqəyə buraxılmaq üçün tələb olunan bal artırılır (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir İlhamə İsabalayeva/

Bu il I ixtisas qrupunda Təhsil Nazirliyinin müəyyən etdiyi şərtlərə uyğun olaraq 6 ixtisas üzrə müsabiqəyə buraxılmaq üçün tələb olunan minimal bal 200 deyil, 250, bir ixtisasda isə 300 olacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.

M.Abbaszadə bildirib ki, həmin ixtisasların adları yaxın günlərdə açıqlanacaq. Onun sözlərinə görə, indiyənədək bu tələb dövlət sifarişli ixtisaslar üçün qoyulurdu.

TQDK sədri deyib ki, təhsil müddətində müəllimlər qəbul imtahanlarında 200 və 300 bal toplayan tələbələrin akademik göstəriciləri arasında fərqin olduğunu görürlər: "Qəbul imtahanında yüksək bal toplayan tələbənin akademik göstəriciləri də yüksək olur. İndi qoyulan şərtlər keçənilki səviyyədədir. Dövlət sifarişli bütün ixtisaslarda müsabiqəyə buraxılmaq üçün 300 bal tələb olub. Qəbul imtahanlarında əsas müsabiqə vəziyyəti də dövlət sifarişli ixtisaslarda olur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti