...

TQDK müsabiqəyə buraxılma şərtləri dəyişdirilən ixtisasların adlarını açıqladı

Cəmiyyət Materials 12 May 2015 12:53 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası I ixtisas qrupunda müsabiqəyə buraxılma şərtləri dəyişdirilən ixtisasların adlarını açıqlayıb.
TQDK müsabiqəyə buraxılma şərtləri dəyişdirilən ixtisasların adlarını açıqladı

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir İlhamə İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) I ixtisas qrupunda müsabiqəyə buraxılma şərtləri dəyişdirilən ixtisasların adlarını açıqlayıb.

TQDK-dan Trend-ə verilən məlumata görə, Təhsil Nazirliyi tərəfindən daxil olmuş təklifi nəzərə alaraq 2015/2016-cı tədris ilində I ixtisas qrupunda 6 ixtisas üzrə müsabiqəyə ümumi balı müvafiq baldan aşağı olmayan abituriyentlərin buraxılması barədə qərar qəbul edilib.

Bu il geologiya ixtisası üzrə müsabiqədə iştirak üçün tələb olunan minimal bal 300, kompyuter elmləri üzrə 300, elektronika, telekommunikasıya və radiotexnika mühəndisliyi üzrə 250, informasiya texnologiyaları və sistemləri mühəndisliyi üzrə 250, inşaat mühəndisliyi üzrə 250, nəqliyyat tikintisi mühəndisliyi üzrə 250 bal olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti