...

Quş əti alarkən ehtiyatlı olun (FOTO)

Cəmiyyət Materials 12 May 2015 16:13 (UTC +04:00)
Bakıda quş əti hissələrinin çeşidləndiyi qanunsuz sex aşkar edilib.
Quş əti alarkən ehtiyatlı olun (FOTO)

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir İlkin İzzət/

Bakıda quş əti hissələrinin çeşidləndiyi qanunsuz sex aşkar edilib.

Bunu Trend-ə Kənd Təsərrüfati Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) Mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli bildirib.

Onun sözlərinə görə, mayın 12-də Xidmətin Bakı şəhər Baytarlıq İdarəsi keçirdiyi reyd zamanı Sabunçu rayonu Ramana sovxozu ərazisində yerləşən Vüsal Vahid oğlu Abdullayevə məxsus həyətdə quş əti hissələrinin çeşidlənmə sexi aşkar edilib: "Aparılan araşdırma zamanı obyektin qeyri-qanuni fəaliyyət göstərdiyi və quş ətinin çeşidlənərək emal olunduğu müəyyən edilib. Eləcə də araşdırma zamanı sexin qeydiyyatı və emal edilən quş ətinin mənşəyinə dair heç bir sənəd təqdim edilməyib. Reyd zamanı həyətdə olan soyuducuda təqribən 1 tona yaxın quş əti və 4 tona yaxın ətdən ayrılmış quş sümükləri (40-50 kisə) aşkar edilib. Qanunvericiliyə uyğun olaraq sexin fəaliyyəti dayandırılıb".

Y.Xanvəli deyib ki, DBNX bu istiqamətdə reydlərini mütəmadi davam etdirməyi nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti