...

SOCAR “Washington Post” nəşrində dərc olunmuş yazı ilə bağlı bəyanat verib

Cəmiyyət Materials 14 May 2015 13:30 (UTC +04:00)
SOCAR qeyd olunan məsələ ilə əlaqədar heç vaxt təhqiqatın obyekti olmamışdır
SOCAR “Washington Post” nəşrində dərc olunmuş yazı ilə bağlı bəyanat verib

Azərbaycan, Bakı, 14 may /Trend/

SOCAR "Washington Post" nəşrində dərc olunmuş yazı ilə bağlı bəyanat verib.

Trend-in SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, bəyanatda qeyd olunur: "Biz "Washington Post" nəşrində dərc olunmuş "SOCAR-ın 2013-cü ilin mayında Bakıda keçirilən konfransdakı məxfi rolu" adlı məqalə ilə əlaqədar ciddi narazalığımızı ifadə edirik. SOCAR heç vaxt konfransdakı iştirakını gizlətməmiş və məqalədə qeyd olunduğu kimi, SOCAR-ın loqosu və adı Bakıda keçirilən konfransda əks olunmuşdur".

Bəyanatda bildirilir ki, SOCAR qeyd olunan məsələ ilə əlaqədar heç vaxt təhqiqatın obyekti olmamışdır: "Çünki SOCAR-ın Bakıda keçirilən konfransın maliyyə sponsoru olması faktını ictimaiyyətə səfəri təşkil edən sponsorlar bildirməli idilər.

Biz təhqiqat ərzində tam əməkdaşlıq etmişik. Səfər təşkilatçılarının qaydalara əməl etməməsi təəssüf doğurur və bu məlumatların niyə açıqlanmaması bizə aydın deyil. SOCAR məsələnin aydınlaşdırılması üçün köməkliyini göstərməyə hazırdır və yerləşdiyi mühüm regionla əlaqədar qanunverici orqanları təmsil edən şəxslərin iştirakı ilə keçiriləcək tədbirlərə sponsorluq etməyi səbirsizliklə gözləyir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti