...

Təhsil Nazirliyinin tabeliyindəki lisey və gimnaziyalara şagird qəbulu imtahanı keçirilib

Cəmiyyət Materials 18 May 2015 13:13 (UTC +04:00)
Təhsil Nazirliyinin birbaşa tabeliyində olan lisey və gimnaziyalara mərkəzləşdirilmiş qaydada şagird qəbulu imtahanı keçirilib.
Təhsil Nazirliyinin tabeliyindəki lisey və gimnaziyalara şagird qəbulu imtahanı keçirilib

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir İlhamə İsabalayeva/

Təhsil Nazirliyinin birbaşa tabeliyində olan lisey və gimnaziyalara mərkəzləşdirilmiş qaydada şagird qəbulu imtahanı keçirilib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, imtahanda 2015-2016-cı tədris ilində təhsillərini Kimya-biologiya təmayüllü respublika liseyi, Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyi, A.S.Makarenko adına humanitar fənlər təmayüllü respublika gimnaziyasında davam etdirmək istəyən, hazırda 6, 7 və 8-ci siniflərdə təhsil alan 600-ə yaxın məktəbli iştirak edib. Şagirdlərə Ana dili, Riyaziyyat, Məntiq, Fizika, Biologiya, Kimya fənləri üzrə suallar təqdim olunub.

Valideynlərə imtahanın gedişini müşahidə etmək imkanı yaradılıb. Eyni zamanda onlara imtahan prosesi barədə ətraflı məlumatlar verilib.

İmtahanların keçirilməsində məqsəd istedadlı şagirdlərin aşkar edilməsidir.

Lisey və gimnaziyalara növbəti şagird qəbulu imtahanının avqust ayında keçirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti