Azərbaycan, Bakı, 23 may /Trend, müxbir İlkin İzzət/
Binəqədidə yanğın baş verən binada aparılan təmir-bərpa işləri 5 aya yekunlaşacaq. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında baş nazirin müavini, binada yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının sədri Abid Şərifov bildirib.
Qeyd edək ki, artıq binada təmir-bərpa işlərinə start verilib.
Xatırladaq ki, mayın 19-da Bakının Binəqədi rayonunun Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli binada baş verən yanğın nəticəsində 15 nəfər ölüb.
Abid Şərifov yanan binada təmirin nə vaxta başa çatacağını açıqladı