...

Astanada beynəlxalq tədbirdə Azərbaycanın məşğulluq sahəsində qazandığı nailiyyətlərdən bəhs olunub

Cəmiyyət Materials 27 May 2015 15:24 (UTC +04:00)
Astanada keçirilən beynəlxalq səviyyəli tədbirdə Azərbaycanda məşğulluq sahəsində qazanılan nailiyyətlər barədə məlumat verilib
Astanada beynəlxalq tədbirdə Azərbaycanın məşğulluq sahəsində qazandığı nailiyyətlərdən bəhs olunub

Azərbaycan, Bakı, 27 may /Trend/

Azərbaycan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli Qazaxıstanda keçirilən 8-сi Astana İqtisadi Forumunda iştirak edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, dünyanın müxtəlif ölkələrindən 3 minədək nümayəndənin, siyasət adamlarının, iqtisadiyyat sahəsində nobel mükafatı laureatlarının, beynəlxalq ekspertlərin və digərlərinin iştirakı ilə keçən forumda qlobal miqyasda iqtisadi sabitliyin təmin olunması və dünya iqtisadiyyatının gələcəyi ilə bağlı məsələlər müzakirə olunub.

Forum çərçivəsində "Əhalinin məşğulluğu: problemlər və perspektivlər" mövzusunda keçirilən sessiyada çıxış edən M.Kərimli ölkəmizdə makroiqtisadi inkişafın əldə olunması yönündə aparılan islahatlardan, bu islahatların uğurlu nəticələrindən bəhs edib. Nazir müavini son on ildə dünyada rekord səviyyədə, yəni 3,4 dəfə iqtisadi artıma nail olan Azərbaycanda əhalinin həyat səviyyəsinin artımına yönələn mühüm proqramlar nəticəsində yoxsulluğun 10 dəfə azalaraq, ümumdünya yoxsulluq səviyyəsindən 3 dəfə aşağı, yəni 5 faizə endiyini bildirib. Respublikada səmərəli məşğulluğun təmin olunması sahəsində aparılan fəal siyasət sessiya iştirakçılarının diqqətinə çatdırılıb. Sahibkarlığın dəstəklənməsi və özəl sektorun inkişafı şəraitində yeni iş yerlərinin yaradılmasının davamlı xarakter aldığı qeyd olunub.

Bildirilib ki, ölkədə son 10 ildə 1 milyon 360 min, cari ilin ilk rübündə isə 30 minədək yeni iş yeri açılıb. Milli əmək bazarında sabitlik əldə olunmaqla işsizlik səviyyəsi 4,9 faizə enib ki, bu da Avropa Birliyində olan müvafiq göstəricidən 2 dəfədən də çox aşağıdır. Nazir müavini gənclərin məşğulluğunun təminatı, onların əmək bazarına inteqrasiyasının dəstəklənməsi sahəsində də Azərbaycanda görülən məqsədyönlü işlərdən söz açıb, ölkəmizin bu sahədə uğurlu təcrübəsinin mötəbər beynəlxalq qurumlar tərəfindən yüksək dəyərləndirildiyini vurğulayıb.

Sessiya zamanı dünyada əmək bazarının mövcud vəziyyəti, əmək bazarında baş verən dəyişikliklər və yeni tendensiyalar, məşğulluq probleminin həllində biznesin rolu və s. məsələlər müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti