...

Həştərxandakı Azərbaycan diaspor rəhbəri mükafatlandırılıb

Cəmiyyət Materials 3 İyun 2015 16:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir İlkin İzzət/

Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Həştərxan regional bölməsinin sədri Ədalət Hüseynov Həştərxan vilayəti Dumasının Fəxri Fərmanı ilə təltif edilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, diaspor rəhbəri millətlərarası sülh və anlaşmanın təmin olunmasında göstərdiyi ictimai fəaliyyətinə, Beynəlxalq əməkdaşlığın və Rusiya Federasiyasının Həştərxan vilayəti ilə Azərbaycan arasında dostluğun inkişafına verdiyi töhfələrə görə mükafatlandırılıb.

Həştərxan vilayət Dumasının sədri Aleksandr Klıkanov mükafatın təqdimat mərasimində Ə.Hüseynovun Həştərxanla Azərbaycan arasında qarşılıqlı dostluq münasibətlərinin inkişafında və möhkəmləsində vacib rolunun olduğunu deyib. Dumanın sədri Həştərxan şəhərinin fəxri vətəndaşı Ədalət Hüseynovun yerli əhali, hökumət nümayəndələri arasında böyük nüfuza malik olduğunu da vurğulayıb.

Diaspor rəhbərinin eyni zamanda Həştərxanda yaşayan azərbaycanlı gənclər və tələbələr arasında tərbiyəvi işin aparılması istiqamətində müstəsna xidmətləri də xüsusi qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti