...

“GəncLand” istirahət və əyləncə mərkəzi balacaların ixtiyarına verildi (FOTO)

Cəmiyyət Materials 15 İyun 2015 15:06 (UTC +04:00)
Azərbaycan Prezidenti cənab İlham Əliyevin möcüzə adlandırdığı Heydər Əliyev Park Kompleksi daha bir möcüzəsi ilə gəncəlilərin diqqət mərkəzinə çevrilib.
“GəncLand” istirahət və əyləncə mərkəzi balacaların ixtiyarına verildi (FOTO)

Azərbaycan, Bakı, 15 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyevin möcüzə adlandırdığı Heydər Əliyev Park Kompleksi daha bir möcüzəsi ilə gəncəlilərin diqqət mərkəzinə çevrilib.

15 iyun - Milli Qurtuluş Günü münasibəti ilə Gəncədə "GəncLand" istirahət və əyləncə kompleksinin açılışı olub. Açılış mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib. Rəmzi qırmızı lent kəsildikdən sonra Heydər Əliyev Park Kompleksi ərazisində yerləşən "GəncLand" istirahət və əyləncə mərkəzi ilə yaxından tanışlıq olub.

7 hektardan artıq sahəni əhatə edən və açıq havada inşa edilən "GəncLand" istirahət və əyləncə mərkəzi inşa edilərkən böyüklər də unudulmayıb. Ən başlıcası burada hər kəs onu qane edən qiymətə uyğun əyləncə tapa bilir.

İki il ərzində ərsəyə gələn "GəncLand" istirahət və əyləncə mərkəzində uşaqlar üçün amfiteatr da inşa olunub. Həftənin müxtəlif günlərində burada tamaşalar nümayiş olunacaq. Bundan başqa istirahət mərkəzi ərazisində 20 ədəd müxtəlif attraksion quraşdırılıb. Qərb bölgəsində ilk dəfə olaraq hündürlüyü 50 metr olan dairəvi karusel, eləcə də Amerikan attraksionu da əylənmək istəyənlər və adrenalin həvəskarlarının istifadəsinə verilib.

"GəncLand" nağıllar dünyasının qəhrəmanları ilə də uşaqların maraq dünyasına daxil ola bilib. 60 ədəd heyvan fiquru, matador, çoban, kovboy və digər heykəllər sanki balacaları nağıllar dünyasına səyahətə çıxarır. Kiçik nağıl şəhərciyində 15 maşını olan avtodrom, oyun meydançası da fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti