...

Bakıda güclü külək davam edəcək

Cəmiyyət Materials 12 İyul 2015 13:12 (UTC +04:00)
Həftənin ilk iş günü Bakıda güclü şimal küləyi əsəcək.
Bakıda güclü külək davam edəcək

Azərbaycan, Bakı, 12 iyul /Trend/

Həftənin ilk iş günü Bakıda güclü şimal küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, iyulun 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi ehtimal edilir.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 20-25, gündüz 26-31 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 13-də hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-37 dərəcə isti olacaq.

Xəbər lenti

Xəbər lenti