...

Bakıda daha bir yol yenidən qurulur (FOTO)

Cəmiyyət Materials 13 Avqust 2015 11:39 (UTC +04:00)
Bakının Yasamal rayonunda daha bir yol təmirə bağlanılıb.
Bakıda daha bir yol yenidən qurulur (FOTO)

Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir Elmir Murad/

Bakının Yasamal rayonunda daha bir yol təmirə bağlanılıb. Təmir işləri rayonun Əhməd Cəmil küçəsində aparılır.

Ərazidə yol çəkən işçilərin Trend-ə verdiyi məlumata görə, artıq üç gündür ki, yolda əsaslı təmir işlərinə start verilib.

Təmir işlərinin bu həftənin sonunda yekunlaşdırılacağını qeyd edən fəhlələr vurğulayıb ki, görülən işlər çərçivəsində yolda olan kanalizasiya sistemi də yenilənəcək.

Qeyd edək ki, Bakı şəhərində nəqliyyat vasitələrinin, eləcə də vətəndaşların hərəkətinin tənzimlənməsi məqsədi ilə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən bir sıra yollarda təmir işləri həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti