...

Azərbaycanın rayon və kəndlərində günəş panelləri quraşdırılacaq

Cəmiyyət Materials 27 Avqust 2015 15:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir Elmir Murad/

Azərbaycanın ucqar rayon və kəndlərində günəş panellərindən istifadə etməklə enerjiyə qənaət olunacaq. Bunu Trend-ə açıqlamasında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliynin direktor müavini Cəmil Məlikov deyib.

Onun sözlərinə görə, bu sahəyə investorların cəlb olunması üçün danışıqlar aparılır. Bir neçə beynəlxalq maliyyə təşkilatına təkliflərin verildiyini deyən C.Məlikov qeyd edib ki, qurum nəticələri gözləyir: "Biz beynəlxalq investorları ucqar rayon və kəndlərdə bu layihəni həyata keçirməyə cəlb etmək istəyirik. Əsasən, Azərbaycanda kənd təsərüfatı ilə məşğul olan bölgələrdə bu layihəni reallaşdırmağa dəvət edirik. Günəş panellərini daha çox fermaların yerləşdiyi tikililərin üzərində quraşdıraraq elektrik enerjisindən səmərli istifadəni təmin etmək, həm də kənd təsərrüfatının inkişafına töfhəmizi vermək niyyətindəyik. Hazırda 5 rayon üçün bu istiqamətdə iqtisadi texniki əsaslandırmalar hazırlayırıq. Naxçıvan, Gədəbəy, Balakən, Neftçala və Siyəzən rayonlarında layihəni gerçəkləşdirməyi düşünürük".

Qeyd edək ki, Prezident İlham Əliyevin 16 iyul 2009-cu il tarixli 123 saylı Fərmanı ilə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi yanında Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABEMDA) təsis edilib. 2020-ci ilə qədər Azərbaycanda alternativ enerjilərdən istifadə etməklə elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin miqdarı azı 12 faizə çatdırılmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti