...

İstirahət günü Bakıda gəzməli hava olacaq

Cəmiyyət Materials 5 Sentyabr 2015 12:51 (UTC +04:00)
Bakı və Abşeron yarımadasında gecə 21-23, gündüz 33-35 dərəcə isti gözlənilir.
İstirahət günü Bakıda gəzməli hava olacaq

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

İstirahət günü Azərbaycanda gəzməli hava olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, sentyabrın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında gecə 21-23, gündüz 33-35 dərəcə isti gözlənilir.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 34-37, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti