Azərbaycan, Bakı, 27 oktyabr /Trend/
Seçicilərlə görüşlərini davam etdirən 118 saylı Ağdam şəhər seçki dairəsindən deputatlığa namizəd Bəxtiyar Əliyevin Bərdədə seçiciləri ilə möhtəşəm görüşləri davam edir.
Görüşlərdə seçicilər müxtəlif məsələlərə toxunub və qarşılıqlı müzakirələr aparılıb. Seçicilər bildiriblər ki, B.Əliyevin namizədliyini yekdilliklə dəstəkləyirlər.
Qeyd edək ki, B.Əliyev bundan əvvəl Bərdənin Yeni qəsəbə ərazisində, Abşeron, Xırdalan, Binəqədi, Nərimanov, Yasamal, Nizami, Səbayl və Qaradağ rayonlarında və Şüvəlan, Mərdəkan, Buzovna və Mehdiabad qəsəbələrində məksunlaşmış seçiciləri ilə görüşüb.
Deputatlığa namizəd bundan sonra da seçicilərlə görüşlərini davam etdirəcək.