Azərbaycan, bakı, 28 oktyabr /Trend/
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən oktyabrın 30-da Neftçala şəhərində, Neftçala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, qəbulda yalnız Şirvan şəhərinin, Neftçala, Salyan, Biləsuvar rayonlarının sakinləri, həmçinin, həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız FHN-nin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşların qeydiyyatı Neftçala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında (ünvan: Neftçala şəhəri, Ü.Hacıbəyov küçəsi 35) 29 oktyabr 2015-ci il tarixində saat 09.00-da başlayacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.