...

ADPU-da "Nə? Harada? Nə Zaman" oyunu üzrə Açılış Kuboku turniri keçirilib

Cəmiyyət Materials 29 Oktyabr 2015 13:04 (UTC +04:00)
Səslənən 24 sualın və əlavə sualların nəticələrinə əsasən ən yaxşı nəticə göstərən 30 komanda final mərhələsinə vəsiqə qazanıb.
ADPU-da "Nə? Harada? Nə Zaman" oyunu üzrə Açılış Kuboku turniri keçirilib

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı İntellektual Oyunlar Klubu və "Akademiya" Tədris Mərkəzinin birgə təşkilatçılığı, "Azərbaycan" İntellektual Oyunlar Klubunun təşkilati dəstəyi ilə ADPU-nun əsas tədris binasında Azərbaycan intellektual aləmində ən böyük layihə olan "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə "Açılış Kuboku" turnirinin seçim mərhələsi təşkil olunub.

Trend-in məlumatına görə, oyunda əvvəlcədən qeydiyyatdan keçmiş 185 komandadan 171-i iştirak edib və oyun 13 oyun meydançasında keçirilib. Səslənən 24 sualın və əlavə sualların nəticələrinə əsasən ən yaxşı nəticə göstərən 30 komanda final mərhələsinə vəsiqə qazanıb. Final mərhələsi isə 08.11.2015 tarixində "Boulevard Hotel Baku"-da keçiriləcək.

Nəzərinizə çatdıraq ki, "Azərbaycan" İntellektual Oyunlar Klubu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən təşkil olunan və respublikanın ali təhsil müəssissələri arasında sinxron çempionat hər şənbə günü Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, ADA Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Ali Neft Məktəbi, Avrasiya Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Universiteti, Edinburq Universiteti, Lənkəran Dövlət Universiteti və Bakı Kompyuter Kollecində keçirilir. Birinci dövrə sentyabr-dekabr aylarını, ikinci dövrə isə fevral-may aylarını əhatə edir. Birinci və ikinci dövrədə ümumi say hesabında üstünlük əldə edən komandalar AİOK tərəfindən diplom və hədiyyələrlə təltif olunurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti