...

Baş prokuror Zakir Qaralov Xaçmazda vətəndaşları qəbul edəcək

Cəmiyyət Materials 30 Noyabr 2015 09:46 (UTC +04:00)
Baş prokuror Zakir Qaralov Xaçmazda vətəndaşları qəbul edəcək.
Baş prokuror Zakir Qaralov Xaçmazda vətəndaşları qəbul edəcək

Trend-i buradan izləyin

Bakı. Trend:

Baş prokuror Zakir Qaralov Xaçmazda vətəndaşları qəbul edəcək.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov cari il dekabrın 4-də saat 11:00-da Xaçmaz rayon prokurorluğunun inzibati binasında Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Xaçmaz şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu - və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti