...

Dabaq xəstəliyinə qarşı peyvəndləmə aparılır

Cəmiyyət Materials 2 Dekabr 2015 10:28 (UTC +04:00)
Ölkə ərazisinin epizootoloji sabitliyinin təmin olunması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Beynəlxalq Epizootik Büronun tələblərinə uyğun olaraq, Epizootiya əleyhinə tədbirlər planına əsasən dekabr ayında respublika ərazisində dabaq xəstəliyinə qarşı profilaktik peyvəndləmə tədbirinə başlayıb.
Dabaq xəstəliyinə qarşı peyvəndləmə aparılır

Bakı. Trend:

Ölkə ərazisinin epizootoloji sabitliyinin təmin olunması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Beynəlxalq Epizootik Büronun tələblərinə uyğun olaraq, Epizootiya əleyhinə tədbirlər planına əsasən dekabr ayında respublika ərazisində dabaq xəstəliyinə qarşı profilaktik peyvəndləmə tədbirinə başlayıb.

Bu barədə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Mətbuat Katibliyindən Trend-ə verilən məlumatda deyilir.

Bildirilir ki, iribuynuzlu heyvanların peyvəndlənməsi ilk növbədə ölkənin sərhəd, daha sonra respublikanın digər rayonlarında həyata keçiriləcək.

Dabaq xəstəliyinə qarşı profilaktik tədbirlərin daha səmərəli və operativ həyata keçirilməsi üçün heyvan sahiblərinin və aidiyyəti yerli qurumların yerlərdə dövlət baytarlıq xidmətinin mütəxəssislərinə müvafiq şərait yaratmaqla əməli köməklik göstərmələri tövsiyə olunur.
Hazırda respublikanın epizootik vəziyyəti sabitdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti