...

Neftçilər və onların ailələrinə lazımi mənəvi-psixoloji yardım göstərilir

Cəmiyyət Materials 6 Dekabr 2015 15:16 (UTC +04:00)
"Günəşli" yatağında baş vermiş yanğın zamanı platformada olan neftçilər və onların ailələri ilə psixoloqlar işləyir.
Neftçilər və onların ailələrinə lazımi mənəvi-psixoloji yardım göstərilir

Bakı. İlhamə İsabalayev: Trend:

"Günəşli" yatağında baş vermiş yanğın zamanı platformada olan neftçilər və onların ailələri ilə psixoloqlar işləyir.

Bunu Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər. Mətbuat xidmətindən qeyd ediblər ki, həmin şəxslərlə peşəkar psixoloqlar işləyir, lazımi mənəvi-psixoloji yardım göstərilir: "Psixoloji yardım göstərilməsi üçün xüsusi briqada ayrılıb. Səhiyyə naziri Oqtay Şirəliyevin göstərişi ilə psixoloqlar hazırda yerlərdə zərərçəkənlərin ailələrı və qohumlarına psixoloji yardımın göstərilməsi ilə bağlı iş aparırlar".

Qeyd edək ki, bu gün səhiyyə naziri O.Şirəliyev Mərkəzi Neftçilər Xəstəxanasına baş çəkərək yaralıların vəziyyəti ilə maraqlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti