...

Valideynlərinə köməkdən boyun qaçıranların işi çətinləşir

Cəmiyyət Materials 16 Dekabr 2015 08:04 (UTC +04:00)
Valideynlərinə kömək göstərməkdən qəsdən boyun qaçıranlara qarşı cərimələr artırılır.
Valideynlərinə köməkdən boyun qaçıranların işi çətinləşir

Bakı. Elçin Mehdiyev - Trend:

Valideynlərinə kömək göstərməkdən qəsdən boyun qaçıranlara qarşı cərimələr artırılır. Trend-in məlumatına görə, bu barədə məsələlər yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsi layihəsində öz əksini tapıb.

Yeni Məcəlləyə əsasən, yetkinlik yaşına çatmış şəxslərin əmək qabiliyyəti olmayan valideynlərini saxlamaqdan və onlara baxmaqdan qəsdən boyun qaçırmasına görə onlara xəbərdarlıq edilir və ya 60 manatdan 100 manatadək məbləğdə cərimə edilir.

Hazırkı Məcəlləyə əsasən isə eyni əmələ görə şəxs xəbərdarlıq edilir və ya 30 manatdan 40 manatadək miqdarda cərimə edilir.

Qeyd edək ki, yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsi Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti