...

Yol Polisi sürücülərə xəbərdarlıq etdi

Cəmiyyət Materials 16 Dekabr 2015 13:20 (UTC +04:00)
Bakının Bül-Bül küçəsindən Zərifə Əliyeva küçəsi və Rəsul Rza küçəsinin kəsişdiyi hissələrdə abtomobil yolunda aparılan təmir işləri tıxac yaradıb.
Yol Polisi sürücülərə xəbərdarlıq etdi

Bakı. Elmir Murad - Trend:

Bakının Bül-Bül küçəsindən Zərifə Əliyeva küçəsi və Rəsul Rza küçəsinin kəsişdiyi hissələrdə abtomobil yolunda aparılan təmir işləri tıxac yaradıb. Bunu Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, əlavə olaraq paytaxtın mərkəzi küçələrindən Xaqani, Bülbül və digər kəsişən küçə və prospektlər üzrə asfalt örtüyünün çəkilişi ilə əlaqədar avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqaməti dəyişdirilib: "Bunu nəzərə alaraq, Azadlıq prospektindən Zərifə Əliyeva küçəsi ilə Neftçilər prospekti, Azneft dairəsi, Bayraq meydanı, Bayıl qəsəbəsi istiqamətində hərəkət edənlər alternativ yol kimi paytaxtın metronun "Gənclik" stansiyası və ona bitişik ətraf küçə və prospektlərin köməyi ilə Ziya Bünyadov prospektinə və ya Qurd Qapısına gedən yollardan istifadə etməklə gedə bilərlər. Qeyd edilən küçə və prospektlər üzrə nəqliyyat sıxlığının yaşanmaması üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərdən xahiş edir ki, yollarda təmir işləri bitənədək ictimai nəqliyyardan istifadə etsinlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti