• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Cəmiyyət

Elçin Quliyev və Aydın Əliyev "Sınıq Körpü" dövlət sərhəd buraxılış məntəqəsində (FOTO)

29 Dekabr 2015 15:12 (UTC+04:00)
  • 0
  • 0

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin dövlət sərhəd buraxılış məntəqələrində sərhəd və gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə verdiyi tapşırıqların icra vəziyyətini yoxlamaq məqsədilə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi - Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev dekabrın 29-da Azərbaycanın Gürcüstanla dövlət sərhədində yerləşən "Sınıq Körpü" dövlət sərhəd buraxılış məntəqəsində mövcud vəziyyətlə tanış olublar.

DGK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sərhəd və gömrük xidmətlərinin rəhbərləri "Sınıq Körpü" buraxılış məntəqəsində şəxslərin və nəqliyyat vasitələrinin sərhəddə buraxılış vəziyyətini öyrənib, dövlət sərhədindən keçən şəxslər və yük avtomobillərinin sürücüləri ilə söhbətdə onların problemləri ilə maraqlanıblar.

Son zamanlar "Sınıq Körpü" dövlət sərhəd buraxılış məntəqəsində tranzit yükdaşımalarının həcminin artması ilə əlaqədar ortaya çıxan məsələlər barədə vəzifəli şəxslərin məruzələri də dinlənilib, mövcud problemlər, həmçinin şəxslərin və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsinə daha az vaxt sərf edilməsi imkanları müzakirə edilib.

Sərhədkeçmə məsələlərinin daha da təkmilləşdirilməsi, dövlət sərhədindən keçən şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində sərhəd və gömrük nəzarətinin daha səmərəli təşkilinə dair konkret tapşırıqlar verilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Elçin Quliyev və Aydın Əliyev "Sınıq Körpü" dövlət sərhəd buraxılış məntəqəsində (FOTO)
  • Elçin Quliyev və Aydın Əliyev "Sınıq Körpü" dövlət sərhəd buraxılış məntəqəsində (FOTO)
  • Elçin Quliyev və Aydın Əliyev "Sınıq Körpü" dövlət sərhəd buraxılış məntəqəsində (FOTO)
  • Elçin Quliyev və Aydın Əliyev "Sınıq Körpü" dövlət sərhəd buraxılış məntəqəsində (FOTO)
  • Məqalədə:
  • Sınıq Körpü
  • sərhəd
  • Elçin Quliyev
  • Aydın Əliyev
Digər xəbərlər
Bu il sərhəddə axtarışda olan 4 min 458 nəfər sax­la­nılıb
Hadisə 25 Noyabr 19:25
İraq İranla sərhəddəki nəzarət-buraxılış məntəqəsinin fəaliyyatını bərpa edib
Dünya xəbərləri 23 Noyabr 22:23
DSX rəisi Qazaxda sərhəd döyüş məntəqə­sində olub (FOTO)
Cəmiyyət 3 Oktyabr 14:37
Elçin Quliyev TREND-in bir qrup əməkdaşını ali mükafatla təltif etdi
Gündəm 13 Sentyabr 13:59
"Qırmızı körpü" bərpadan sonra belə olacaq (FOTO)
İqtisadiyyat 10 Sentyabr 09:45
"Sınıq körpü"nün bərpa işləri ilin sonuna kimi başa çata bilər (FOTO)
İqtisadiyyat 9 Sentyabr 13:41
Xəbər lenti
FHN: Yanğın ocaqlarının söküntüsü və soyudulması işləri davam etdirilir (FOTO)
Hadisə 14:30
Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb
Hadisə 14:19
Yanvarın 1-dən bütün pensiyalar 13-14 faiz artırılacaq
Cəmiyyət 14:17
Masazırda köhnə xətlərin yeniləri ilə əvəzlənməsi 80 faiz yekunlaşıb (FOTO)
Energetika 14:08
Heydər Əliyev – xalqın ehtiram ünvanı
Nəzər nöqtəsi 14:04
Gənc sahibkarlara güzəştli kreditlər üzrə faiz dərəcəsi 7 faizdən çox olmayacaq
Biznes və iqtisadiyyat xəbərləri 14:00
KOBİA və "Gənc Sahibkarlar Şəbəkəsi" İctimai Birliyi arasında anlaşma memorandumu imzalanıb
Biznes və iqtisadiyyat xəbərləri 14:00
I Gənc Sahibkarlar Forumu keçirilib (FOTO)
İqtisadiyyat 13:55
Bəzi ərazilərdə enerji təchizatında fasilələr yaranacaq - SƏBƏB
Gündəm 13:48
Ən çox oxunanlar
FHN səfirlikdə baş verən tüstülənmə ilə bağlı məlumat yayıb (FOTO) (YENİLƏNİB)
FHN səfirlikdə baş verən tüstülənmə ilə bağlı məlumat yayıb (FOTO) (YENİLƏNİB)
Bakıda ticarət mərkəzi yanır (FOTO/VİDEO)
Bakıda gölməçədə avtomobil batıb
ABŞ Ermənistan vətəndaşlarının viza müraciətlərini kütləvi şəkildə rədd edib
Nəzər nöqtəsi
Heydər Əliyev – xalqın ehtiram ünvanı

Heydər Əliyev – xalqın ehtiram ünvanı

Politoloq: Azərbaycanla Rusiya arasında bütün sahələr üzrə əməkdaşlıq mövcuddur (VİDEO)
İsa Qəmbərlə Gültəkin Hacıbəyli arasında qalmaqal - "Bir şəxs ki, siyasi tacir statusu ala..."
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri