...

İsa Həbibbəyli: AMEA-nın digər elmi-tədqiqat qurumlarının birləşdirilməsi məsələsi gündəmdə deyil

Cəmiyyət Materials 5 Fevral 2016 11:41 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Folklor İnstitutuna, Şərqşünaslıq İnstitutunun Əlyazmalar İnstututuna birləşdirilməsi ilə bağlı məlumatlara rəsmi münasibət bildirilib.
İsa Həbibbəyli: AMEA-nın digər elmi-tədqiqat qurumlarının birləşdirilməsi məsələsi gündəmdə deyil

Bakı. İlhamə İsabalayeva-Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Folklor İnstitutuna, Şərqşünaslıq İnstitutunun Əlyazmalar İnstututuna birləşdirilməsi ilə bağlı məlumatlara rəsmi münasibət bildirilib.

Akademiyanın vitse-prezidenti İsa Həbibbəyli Trend-ə bildirib ki, AMEA-nın Rəyasət Heyətində Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Eroziya və Suvarma İnstitutunun birləşdirilməsi haqqında qərar qəbul edildi. Bu barədə AMEA-nın Ümumi yığıncağı qarşısında vəsatət qaldırılacaq.

Bu institutların fəaliyyətinin nəinki oxşar, hətta tamamilə eyni olduğunu deyən İ.Həbibbəyli onların birləşdirilməsini düzgün addım sayıb.

Onun sözlərinə görə, AMEA-nın digər elmi-tədqiqat qurumlarının birləşdirilməsi məsələsi bu gün gündəmdə deyil.

İ.Həbibbəyli AMEA-da yarımştat vəzifəsində çalışan işçilərin işdən azad ediləcəyi ilə bağlı məlumatlara da aydınlıq gətirib.

Vitse-prezident qeyd edib ki, AMEA-da lüzumsuz ştatların ləğv olunması hər zaman gündəmdə olub: "Elə ştatlar var ki, onların adı var, özü yoxdur. Lazımsız, bu cür tam və ya yarım ştat olan, ancaq formal xarakter daşıyan ştatların ləğv olunması hər zaman gündəmdə ola bilər. Akademiya hiss etsə ki, haradasa lazımsız ştat, artıq qurum (kiçik qurumlardan söhbət gedir), sektor var, onlar birləşdirilə, bağlana bilər. Çünki onlar bizə lazım deyil. Belə islahatlar daim olub, indi də ola bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti