Bakı. Trend:
Azərbaycanın Baş prokuroru Zakir Qaralov cari il fevralın 19-da saat 11:00-da Kürdəmir rayon prokurorluğunun inzibati binasında Kürdəmir, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan və Göyçay rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.
Baş prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Kürdəmir şəhərinə gəlmələri müvafiq rayon prokurorları tərəfindən təşkil olunacaq.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu - və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.