...

Bakı Dövlət Universitetində xalq şairi Nəriman Həsənzadə ilə görüş (FOTO)

Cəmiyyət Materials 4 Mart 2016 14:02 (UTC +04:00)
Əməkdar incəsənət xadimi, xalq şair Nəriman Həsənzadə Bakı Dövlət Universitetində (BDU) olub.
Bakı Dövlət Universitetində xalq şairi Nəriman Həsənzadə ilə görüş  (FOTO)

Bakı. Trend:

Əməkdar incəsənət xadimi, xalq şair Nəriman Həsənzadə Bakı Dövlət Universitetində (BDU) olub.

BDU-nun Mətbuat və İnformasiya şöbəsindən Trend-ə verilən məlumata görə, qonağı əvvəlcə universitetin rektoru, akademik Abel Məhərrəmov salamlayıb, onu bu ali təhsil ocağında görməkdən məmnunluğunu ifadə edib.

Sonra xalq şairi Nəriman Həsənzadə filologiya fakültəsinin müəllim-tələbə heyəti ilə görüşüb.

Tədbiri açan filologiya fakültəsinin dekanı, dosent Məhərrəm Vəliyev tələbələr tərəfindən sevgi və hörmətlə qarşılanan şairin həyat və yaradıcılığı barədə məlumat verib. Tədbirdə professorlar - Abdulla Abasov və Əyyub Əzizov Nəriman Həsənzadənin yaradıcılığı, onun xalq tərəfindən sevilməsinin səbəbləri barədə danışıblar.

Sonra xalq şairinə həsr edilən video-çarx nümayiş etdirilib, müəllifi olduğu şeirlər səsləndirilib. Fakültə tələbələri tərəfindən onun sözlərinə bəstələnmiş mahnılar ifa olunub.

Sonda Nəriman Həsənzadə filologiya fakültəsinin kollektivinə xoş qarşılanmaya görə təşəkkür edib, gənc tələbə-yazarlara ədəbi tövsiyələrini verib, onlara gələcək yaradıcılıqlarında uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti