...

İran polisi Azərbaycana 600 kq narkotikin keçirilməsinin qarşısını alıb (ÖZƏL)

Cəmiyyət Materials 11 Mart 2016 12:20 (UTC +04:00)
İran polisi son 11 ay ərzində Azərbycana keçirilməsi nəzərdə tutulan 600 kiloqrama yaxın narkotik maddəni aşkar edərək götürüb.
İran polisi Azərbaycana 600 kq narkotikin keçirilməsinin qarşısını alıb (ÖZƏL)

Bakı. Fərhad Daneşvər - Trend:

İran polisi son 11 ay ərzində Azərbaycana keçirilməsi nəzərdə tutulan 600 kiloqrama yaxın narkotik maddəni aşkar edərək götürüb. Bunu Trend-ə İran Sərhəd Polisinin baş komandanı Qasem Rezai deyib.

Onun sözlərinə görə, cənub sərhədlərindən Azərbaycana narkotik maddə keçirmək cəhdi ilə bağlı 50 nəfər saxlanılıb.

2015-ci ilin martından bu günə kimi İranın hüquq-mühafizə orqanları tərəfindən bütün ölkə üzrə 400 tondan artıq narkotik maddə aşkar edilərək götürülüb.

K.Rezainin sözlərinə görə, Azərbaycanın bir neçə sərhəd rayonunu ziyarət edərkən sərhədlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə görülən kompleks tədbirlərlə tanış olub.

Qeyd edək ki, K.Rezai Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin dəvəti ilə Bakida rəsmi səfərdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti